“Türkiyədə yaşayan ustad sənətkarlarımızla səhnəni bölüşməkdən qürur duydum” - Muğam ifaçısı Elvin Məmmədli

“Türkiyədə yaşayan ustad sənətkarlarımızla səhnəni bölüşməkdən qürur duydum” - Muğam ifaçısı Elvin Məmmədli

“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Mərkəzi Ankarada Heydər Əliyev Parkında Novruz şənliyi keçirib. Tədbirdə iştirak etmiş gənc muğam ifaçısı Elvin Məmmədli Hurriyyet.org-a verdiyi açıqlamasında bildirib ki, bu cür tədbirlər onun yaradıcılığına, musiqi bacarıqlarının gəlişməsinə dəstək verir.

Gənc ifaçı bir neçə günlük səfəri zamanı Ankaradakı həmvətənlərimiz üçün təşkil edilən konsert proqramında iştirak etməklə yanaşı, eyni zamanda bir sıra ustad sənətkarlarla eyni səhnəni bölüşdüyünü, bunun da ona çox böyük bir təcrübə qazandırdığını bildirib: “Türkiyədə yaşayan ustad sənətkarlarımız Arzu, Möhsün və Abdullah Qurbanilər, Rafiq Əsgərov və Dəniz Musabəyli ilə eyni səhnəni bölüşməkdən qürur duydum. Bu şəraiti mənə yaradan “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin rəhbəri Nurlan Yusifova və zəhmətimi çəkən kollektivə minnətdaram. Bundan sonra da sənətimin sirrlərinə daha dərindən yiyələnməyə və ifama dəyər verən insanların etimadını doğrultmağa çalışacam”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA