Türkiyədəki dəhşətli faciədə ölənlərin sayı 15-ə çatdı

  • 2019-02-08 22:44:55
  • |
  • Dünya /

Türkiyədəki dəhşətli faciədə ölənlərin sayı 15-ə çatdı

İstanbulun Qartal rayonunda səkkizmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Xoca məlumat verib.

Nazir bildirib ki, xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam etdirilir. Onlardan yeddisi reanimasiya şöbəsindədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. \\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA