Türkiyədən İrana qarşı sanksiyalarla bağlı açıqlama: “XƏBƏRİ EŞİTMİŞİK”

  • 2018-11-02 13:16:10
  • |
  • Region /

Türkiyədən İrana qarşı sanksiyalarla bağlı açıqlama: “XƏBƏRİ EŞİTMİŞİK”

Hurriyyet.org xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz İrana qarşı sanksiyalardan Türkiyənin də azad edilməsi məsələsindən bəhs edərkən deyib: “Bizə yazılı bildiriş gəlməyib, lakin belə bir xəbəri eşitmişik”.

Qeyd edək ki, İrana qarşı sanksiyalardan aralarında Türkiyənin də olduğu 8 ölkənin azad edildiyi xəbəri yayılıb. Bu gün, “Blumberq” (Bloomberg) agentliyi Amerika administrasiyasındakı mənbələrə istinadən, ABŞ-ın neftin bahalaşmaması naminə, İrandan neft idxal edən səkkiz ölkə ilə münasibətdə güzəştlərə getdiyini bildirib. Agentlik bütün ölkələrin adını açıqlamasa da, onların arasında Yaponiya, Hindistan və Cənubi Koreyanın da olduğunu xəbər verib.

Bəlli olduğu kimi, Amerika prezidenti Donald Tramp İranla bağlanmış nüvə müqaviləsindən birtərəfli şəkildə imtina edərək, noyabr ayının əvvəllərindən başlayaraq, bu ölkəyə qarşı sanksiyalar tərbiq eləməyi qərara alıb.

Hurriyyet.org

Loading...

QALEREYA