Türkiyədən Kaşıkçı cinayəti ilə bağlı sərt açıqlama: “ƏLİMİZDƏ BAŞQA DƏLİLLƏR DƏ VAR”

  • 2018-11-06 14:17:15
  • |
  • Aktual /

Türkiyədən Kaşıkçı cinayəti ilə bağlı sərt açıqlama: “ƏLİMİZDƏ BAŞQA DƏLİLLƏR DƏ VAR”

Hurriyyet.org xəbər verir ki, hazırda Yaponiyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının ortaq işçi qrupu yaratmağı təklif elədiyini və Türkiyənin bu təklifi qəbul elədiyini söyləyərək deyib: “Lakin bu işçi qrupu nəticəni hədəfə almalıdır. İstanbula gələrək Kaşıkçını öldürən 15 nəfərə təlimatı kim verib? Bu əmri kimin verdiyini bilməliyik”.

Çavuşoğlu deyib: “Mənim fikrimcə, Kaşıkçının cəsədinə nə olduğunu aşkara çıxarmaq və bunu bizə söyləmək Səudiyyə Ərəbistanının vəzifəsidir. Çünki, bu 15 nəfər hələ də Səudiyyə Ərəbistanındadır”.

Çavuşoğlu, Kaşıkçı cinayəti ilə bağlı bəzi başqa dəlillərin də Türkiyənin əlində olduğunu bildirib: “Əlimizdə bəzi dəlillər var. Bunların bəzilərini ictimaiyyət arasında yaydıq. Bu dəlilləri Səudiyyə tərəfinə də təqdim elədik. Hələlik ictimaiyyət ilə paylaşmadığımız başqa dəlillər də var. Bu dəlilləri görmək istəyən ölkələrə bu fürsəti verdik. Bu istintaqdan sonra dəlilləri dəqiqləşdirdiyimizdən əmin olduqda, onları ictimaiyyətlə də paylaşmağa davam edəcəyik”.

Hurriyyet.org

Loading...

QALEREYA