Türkiyədən müsəlmanların ilk qibləsi ilə bağlı açıqlama: “Qüds bizim şərəfimizdir”

Türkiyədən müsəlmanların ilk qibləsi ilə bağlı açıqlama: “Qüds bizim şərəfimizdir”

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidenti Donald Trampın Qüds qərarı ilə bağlı açıqlama verib. O deyib: “Gələn həftə İslam Əməkdaşlığı Təşkilatının fövqəladə qurultayını keçirəcəyik. Qüds bizim şərəfimizdir; ABŞ bu qorxunc xətadan geri qayıtmalıdır. Qüds həm ərəblərin, həm də müsəlmanların şəhəridir”.

Kalın İƏT-in Qüds məsələsi ilə bağlı 13 dekabr tarixində İstanbulda qurultay keçirəcəyini də söyləyib.

Kalın deyib: “Qüdsün İsrailin paytaxtı elan edilməsi BMT qərarına zidd bir səhv olacaqdır. BMT qərarlarının heç birində Qüdsün işğal və ya ilhaq edilməsi nə qəbul edilib, nə də tanınıb. İstail 1980-ci ildə ilhaq qərarı verib, BMT Təhlükəsizlik Şurası 478 saylı yazılı qətnaməsi ilə işğalçı güc barəsində bəyanat verib... Bu qərarda İsrail nəzdindəki diplomatik missiyaların Qüdsdə yerləşdirilməyəcəyinə dair bir maddə də var”.

Prezidentin mətbuat katibini çıxışında Qüdsün Türkiyə xalqı üçün də mühüm olduğunu deyib: “Millətimizi 400 il xidmət etdiyi Qüdsə qarşı tarixi bir məsuliyyət hiss etməkdədir. Qüds bizim şərəfimiz, qırmızı xəttimizdir. Məsələ təkcə müsəlmanlarla bağlı deyil. Üç səmavi dinin üçünə də inananlar üçün Qüds son dərəcədə mühüm şəhərdir. İƏT də dəyişikliklə bağlı bütün təşəbbüsləri tanımayacağını deyib”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...