Türkiyədən Rusiyaya tərs badalaq: “ABŞ-la eyni məqsədlərə doğru”

  • 2018-04-16 11:47:03
  • |

Türkiyədən Rusiyaya tərs badalaq: “ABŞ-la eyni məqsədlərə doğru”

 

“Türkiyə ABŞ ilə eyni məqsədlərə doğru yürüyən ölkədir".

“Hürriyyət” xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ jurnalistlərə açıqlamasında deyib.

Fransa prezidentinin Suriya əməliyyatı ilə bağlı fikir bildirərkən, “Türkiyəni Rusiyadan ayırdıq” sözlərini şərh edən Bəkir Bozdağ onu da əlavə edib ki, rəsmi Ankaranın Suriya siyasəti haqqın, doğru olanın yanında dayanmaq prinsipinə əsaslanır: “Bəşər Əsəd rejiminin terror təşkilatlarını dəstəklənməsinin əleyhinəyik”.

Loading...

QALEREYA