Türkiyəli məşhur “Hürriyyət”dən çağırış edir: “Sənətə könül verək ki, savaşlar dayansın”

Türkiyəli məşhur “Hürriyyət”dən çağırış edir: “Sənətə könül verək ki, savaşlar dayansın”

Azərbaycan seyrçisinin daha çox “Aşk yenidən” “Cəsur və gözəl”, “İstanbullu gəlin” seriallarındakı əsas rolları ilə tanıdığı ünlü Türkiyə aktyoru Tamer Levent Bakıdadır.

O, ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” proqramının qonağı kimi ölkəmizə dəvət alıb. Aktyor redaksiyamıza telefon açaraq “Hurriyyət”in qonağı olmaq istədiyini bildirib.

Təbii ki, tanınmış sənətkarın bu təşəbbüsünü məmnuniyyətlə dəyərləndirdik.

30-dək filmlərə çəkilən aktyor eyni zamanda bir sıra ekran əsərlərinə rejissor kimi quruluş verib. Yaratdığı fərqli obrazlar 9 nüfuzlu film təşkilatlarından ödül alıb (Rusiya, Kanada, Cənibi Koreya, İran, Şimali Kipr festivalları və s.).

Tamer levent həm də Türkiyədə TOBAV (Tiyatroları Opera ve Balesi Çalışanları Vakfı) və TOMEB (Tiyatro Oyuncuları Meslek Birliği) kimi sənət vəqflərin qurucusudur.

Məşhur Türkiyə sənət elçisi bu gün “Sanata evet” çağrısı ilə dünyanı dolaşır. Bu missiyanı Azərbaycanda da isə o,“Hurriyyət”lə gerçəkləşdirdi. Tanınmış sənətkarla müsahibəni qarşıdakı günlərdə oxucularımıza təqdim edəcəyik. Bizi izləyin!

Hurriyyet.org

Loading...

QALEREYA