Türkiyəni gözləyən “Breksit” TƏHLÜKƏSİ

  • 2019-04-17 13:57:31
  • |
  • Dünya /

Türkiyəni gözləyən “Breksit” TƏHLÜKƏSİ

Hurriyyet.org xəbər verir ki, İngiltərənin Avopadan müqaviləsiz şəkildə ayrılacağı təqdirdə Türkiyəyə ildə 2,4 milyard dollar zərər dəyəcək. Avropa İttifaqı Şurası ötən həftə İngiktərənin Aİ-dən çıxışı məsələsində ona növbəti dəfə möhlət vermək qərarını verdi. Aprelin 11-də Şuranın sədri Donald Tuskun verdiyi açıqlamada bildirilir: “Aİ üzvü olan 27 ölkə və İngiltərə, oktyabrın 31-dək “Breksit”i təxirə salmağı qərara alıb”. Lakin bu müddət bitəndən sonra meydana çıxa biləcək müaviləsiz “Breksit” ssenarisinin mümkün nəticələri beynəlxalq maliyyə dairələrini məşğul eləməkdədir. “Röyters” agentliyinin yaydığı bir analizə görə, müqaviləsiz “Breksit”in mənfi təsir edə biləcəyi ölkələr arasında Türkiyə ilk yerdədir. İngiltərə hazırda avtomobil, tekstil və məişət elektronikası kimi sektorlarda fəaliyyət göstərən Türkiyə şirkətləri üçün Almaniyadan sonraki ikinci böyük ixrac bazarıdır. Lakin oktyabrın 31-nədək İngiltərə ilə Aİ-nin ayrılma məsələsində razılaşma əldə etməyəcəkləri təqdirdə, türk firmalar uzun müddət ərzində İngiltərə bazarından məhrum qalmaq riski ilə qarşılaşacaqlar. BMT tərəfindən aparılan hesablamaya görə, belə bir ssenari Türkiyənin İngiltərə ilə ticarətindən əldə elədiyi illik 3,7 milyard dollarlıq xarici ticarət saldosinin 2,4 milyard dollarından məhrum olmasına səbəb olacaq.

Bunun birinci səbəbi isə Türkiyənin İngiltərə bazarına çıxmasının Aİ ilə 1995-ci ildə imzalanan, lakin Türkiyə ilə Ai arasında 2016-cı ildən bəri davam edən diplomatik problemlər üzündən hələlik təzələnməyən Gömrük İttifaqı müqaviləsi əsasında həyata keçməsidir. Aİ ilə İngiltərə arasında “Breksit” məsələsində oktyabrın 31-nə qədər razılaşma əldə edilə bilməyəcəyi təqdirdə, təkcə İngiltərə ilə Aİ arasındakı ticarət əlaqələri zərər çəkməyəcək. Eyni zamanda, Türkiyə başda olmaqla, Cənubi Koreya, Pakistan, Norveç kimi Aİ üzvü olmayan ölkələr üçün İngiltərə bazarına gömrüksüz daxil olmaq uzun müddət mümkün olmayacaqdır.

Ən çox tekstil və avtomobil sektorlarına təsir edəcək

Breksit xüsusilə avtomobil və tekstil sahələrində itkiyə səbəb olaraq, Türkiyədəki biznes dünyasına zərbə vuracaq. Hər il Türkiyədə istehsal edilən 170 min ədəd avtomobil İngiltərəyə gedir. Tekstil və geyimdə də illik ixracat rəqəmi 2 milyard dollara bərabərdir. “Röyters”ə müsahibə verən İqtisadi İnkişaf Fondunun baş katibi Çiğdem Nas bildirib ki, hər iki ölkə həmin tarixdən əvvəl bu məsələnin öhdəsindən gəlmək üçün tədbirlər görməlidirlər: “Məsələn, firmalar müəyyən müddət ərzində vəziyyətdən çıxmaq üçün digər ölkədə anbarlar kirayələrək mallarını tədarük edə bilərlər. Lakin, əlbəttə ki, bu, məsələdən daimi çıxış yolu deyil. Sərt Breksit şəraitində mövcud ticarət şəraitini dəyişdirmək çox çətin olacaqdır”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA