“Türkiyəni qana boğacağıq” - Karagül GİZLİ TƏHDİDLƏRİ AÇDI

  • 2018-11-03 13:59:35
  • |
  • Region /

“Türkiyəni qana boğacağıq” - Karagül GİZLİ TƏHDİDLƏRİ AÇDI

Türkiyədə ABŞ imperializminə qarşı yazıları ilə tanınan “Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül ölümlə hədələndiyini bildirib.

Hurriyyet.org
publika.az-a istinadən xəbər verir ki, Karagül “Sizi məhv edəcəyik, Türkiyəni terrorla qana boğacağıq” kimi təhdidlər aldığını açıqlayıb.

“Bir müddətdir mənə, “Yeni Şəfəq”in rəhbərliyinə İŞİD adı altında səs yazıları göndərilir, həmin səs yazılarında biz ölümlə təhdid edilirik, Türkiyəni isə qana boğacaqlarını deyirlər. Bu təhdidlər uzun müddətdir gəlirdi. İndi Türkiyədə bomba yüklü maşınları, kamikadzelər tutulanda məlum olur ki, bu təhdidlər boş deyilmiş. Terrorçular hücuma hazırlaşırlar, onlar İŞİD və PKK-dır, lakin sahiblərinin də kim olduğunu bilirik”, - deyə o bildirib.

Loading...

QALEREYA