Türkiyənin böyük şəhərləri qan gölünə çevriləcəkdi - ŞOK PLAN

  • 2018-11-02 11:13:32
  • |
  • Region /

Türkiyənin böyük şəhərləri qan gölünə çevriləcəkdi - ŞOK PLAN

Türkiyədə növbəti genişmiqyaslı terror aktlarının qarşısı alınıb.

Hurriyyet.org xəbər verir ki, Diyarbəkr vilayətinin Dəclə mahalında böyük şəhərlərdə terror aktları həyata keçirməyə hazırlaşan 3 PKK-lı, külli miqdarda silah və sursat ələ keçirilib.

Malatya vilayətində isə bir avtomobildə 28 kiloqram partlayıcı və partlayıcı qurğu ələ keçirilib. Avtomobilin sürücüsü saxlanılıb.

Xatırladaq ki, ötən gün Türkiyənin Mardin vilayətində bomba yüklü avtomobillə birlikdə 5 terrorçu ələ keçirilib. Avtomobildə 32 ayrı terror hücumunda istifadə edilməsi nəzərdə tutulan təxminən 250 kiloqram partlayıcı maddənin olduğu aşkarlanıb.

Səhər saatlarında isə Qaziantepdə kamikadze təlimi aldığı müəyyən edilən bir terrorçu tutulub. H.M. adlı terrorçunun PYD/YPG terror təşkilatının üzvü olduğu, Suriyanın Telabyad bölgəsində yerləşən düşərgələrdə təlimdə olduğu bildirilir. Onun terror hücumu təşkil etmək məqsədiylə qeyri-qanuni yollarla Türkiyəyə girdiyi təxmin edilir./publika.az/

Loading...

QALEREYA