Türkiyənin daxili işlər naziri: "Sübut etsələr, istefa verəcəm"

  • 2019-04-13 13:30:34
  • |
  • Region /

Türkiyənin daxili işlər naziri: "Sübut etsələr, istefa verəcəm"

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verməyə hazır olduğunu bildirib.

Hurriyyet.org Trend-ə istinadən məlumatına görə, nazir bildirib ki, müxalifət bələdiyyə seçkilərindən sonra polisin İstanbulda evlərdə axtarışlar apardığını sübut eləsə, istefa verəcək.

O bəyan edib ki, bu müddət ərzində polis axtarışlar və reydlər həyata keçirməyib.

Qeyd edək ki, bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərdən sonra İstanbulda bir sıra evlərdə axtarışların həyata keçirildiyini demişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA