“Türkiyənin həmlələri ABŞ-ı çıxılmaz vəziyyətdə qoydu” - “ABŞ Suriyada İraq modelini tətbiq etməyə çalışır”

  • 2019-07-11 18:58:04
  • |
  • Dünya /

“Türkiyənin həmlələri ABŞ-ı çıxılmaz vəziyyətdə qoydu” - “ABŞ Suriyada İraq modelini tətbiq etməyə çalışır”

Hurriyyet.org xəbər verir ki, təhlükəsizlik və terror siyasəti üzrə mütəxəssis Coşkun Başbuğ Suriyadakı son hadisələr və TSQ-nin Suriya sərhədində mövqeyini gücləndirməsi, bölgəyə zirehli texnika və hərbçi köçürməsi barəsində açıqlamalar verib. Başbuğ, “Türkiyənin bölgədəki həmlələri nəticəsində çıxılmaz vəziyyətə düşən ABŞ bu səfər Suriyada İraq modelini yenidən tətbiq eləmək üçün cəhd edir”.

“Türkiyə bölgədəki hadisələrə tamaşaçı kimi baxa bilməz”

Türkiyənin ehtimal edilə bilən bir əməliyyata hazırlaşdığını bildirən Başbuğ deyib: “Türkiyə bölgədəki hadisələrə tamaşaçı qala bilməz – PKK/SDQ terror təşkilatının qanuniləşdirilməsi davam edir. Türkiyənin Suriya sərhədində qüvvələrini möhkəmləndirilməsinin bir səbəbi də Suriya ərazisində xüsusilə son zamanlarda Amerikanın qurduğu planlardır. Son zamanlarda verdikləri açıqlamalarla İngiltərə və Fransa da bu işə qoşulublar”.

“ABŞ Suriyada İraq modelini tətbiq eləmək istəyir”

Başbuğ deyib: “İraqda Birinci Körfəz Əməliyyatında olmuşdum. İkincisində də bölgədə idim. Amerika burada kütləvi qırğın silahları yalanını beynəlxalq müstəviyə çıxarmaq və “beynəlxalq miqyasda həll edirik” atmosferi yaratmaq üçün NATO-nu problemin içərisinə çəkdi. Buradakı qüvvələrin hamısı simvolik və görüntü üçündür”.

“Türkiyənin həmlələri ABŞ-ı çıxılmaz vəziyyətə saldı”

NATO-nun bölgə üçün səy göstərmək çərçivəsində İraqı çuxura saldığını söyləyən Başbuğ deyib: “Suriyada isə bu model dəyişdi. İŞİD-in öhdəsindən təkbaşına özüm gələcəyəm, başqa bir çoğrafiyadan heç kimin sözü olmasın, dedi. Türkiyənin bölgədəki həmlələri nəticəsində ABŞ çıxılmaz vəziyyətə düşdü. Bu səfər İraq modelini təkrar tətbiq eləmək üçün səy göstərməyə başladı”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA