Türkiyənin sözü keçdi: PYD terrorçuları Soçi konqresinə getməyəcəklər

Türkiyənin sözü keçdi: PYD terrorçuları Soçi konqresinə getməyəcəklər

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Hüquqları Konqresində PYD-nin (PKK-nın Suriyadakı qolu) iştirak eləməyəcəyi xəbəri verilib.

Açıqlamda deyilir: “YPG ilə bir neçə saatlıq əməkdaşlıq belə zərərlidir və narahatlığımızı artırır. Görüşdə suriyalı kürdlər iştirak eləməlidirlər, lakin terror təşkilatlarının rolu olmamalıdır”.

ABŞ Suriyanın şimalında kök salmış, PKK-nın Suriyadakı şaxəsi olan YPG-ni dəstəkləyir. XİN-in açıqlamasında daha sonra deyilir: “YPG ilə müvəqqəti əməkdaşlığın nə zaman başa çatacağı barəsində dəqiq məlumat vermirlər. ABŞ-a bu məsələ ilə bağlı xəbərdarlığımızı eləmişik”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...