Türkiyənin Suriyanın şimalını terrorçulardan təmizləmək qərarı İRANI NARAHAT ETDİ

Türkiyənin Suriyanın şimalını terrorçulardan təmizləmək qərarı İRANI NARAHAT ETDİ

Hurriyyet.org xəbər verir ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında terrorçulara qarşı əməliyyata başlamaq niyyətində olduğunu bildirməsindən sonra İranın xarici işlər naziri Cavad Zərif Türkiyənin öz təhlükəsizliyini Suriyanın ərazi bütövlüyünü pozaraq təmin edə bilməyəcəyini bildirib. Maraqlıdır ki, nazir həmin ərazilərin Suriya hökumətinin yox, ABŞ-ın dəstəklədiyi YPG/PKK terrorçularının nəzarətində olduğunu qeyd eləməyi unudub.

Ərdoğanın “Sülh bulağı” əməliyyatının qapıda olduğu siqnalını verməsindən sonra İranın narahatlığını və narazılığını bildirən açıqlama verilib.

“Suriyaya daxil olmayın, sərhədə hərbçi yerləşdirin”

İranın İRNA dövlət informasiya agentliyinin verdiyi xəbərə görə, xarici işlər naziri Cavad Zərif İran məclisində özünə verilən sualları belə cavablandırıb: “Türkiyənin öz təhlükəsizliyini təmin eləməsinin Suriya sərhədindəki bölgələrinə hərbi qüvvə yerləşdirilməsi olduğunu Türkiyə tərəfinə bildirdik”.

“Türkiyənin təhlükəsizliyi Suriyanın ərazi bütövlüyü və hegemonluğuna zərər verəcək şəkildə təmin edilə bilməz”.

Hurriyyet.org