Türkiyənin ticarət naziri Manisada “Volkswagen” fabrikinin qurulmasından danışıb

Türkiyənin ticarət naziri Manisada “Volkswagen” fabrikinin qurulmasından danışıb

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Almaniya istehsalı olan “Volkswagen” avtomobillərinin Manisada qurulacaq fabriki haqqında danışıb.

Hurriyyet.org-un xəbərinə görə, bu istiqamətdə dövlət səviyyəsində görüləcək işlərdən bəhs edən nazir Türkiyənin Dövlət Dəmiryolları İdarəsinin (TCDD) üzərinə də çox iş düşdüyünü deyib.

Belə ki, fabrikin bəzi önəmli hissələrinin dəmiryol nəqliyyatı ilə Türkiyəyə daşınması üçün Marmaray xəttindən istifadə olunacaq. Gecə boyunca 8 gediş, 8 dönüş nəzərdə tutulmaqla hissələrin daşınması sürətləndiriləcək.

Qeyd edək ki, yerli mediada yazılanlara görə, Almaniyanın nəhəng avtomobil şirkəti “Volkswagen”in direktoru Herbert Diess bu avtomobillərin Türkiyədə istehsal müsəsisəsini yaratmaq üçün keçən ay prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Əlverişli işçi qüvvəsi də daxil, bir çox uyğun şərtlər əsasında şirkət Türkiyə və Bolqarıstan ölkələri arasında seçim edərək üstünlüyü Türkiyəyə verib.

Sevil Ünal, Hurriyyet.org