“Türkiyənin xarici ölkələrdə diplomatlarının təhlükəsizliyi sual altındadır” - POLİTOLOQ

“Türkiyənin xarici ölkələrdə diplomatlarının təhlükəsizliyi sual altındadır” - POLİTOLOQ

“İraq regional Kürd Muxtariyyətinin mərkəzi şəhəri Ərbildə türk diplomatlarına qarşı silahlı hücum son günlər Ankaranın apardığı siyasətə qarşıdır”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Anakaraya qarşı çox ciddi şəkildə siyasi sui-qəsdlər hazırlanır”

M. Əsədullazadə qeyd edib ki, Ankaranın Moskvadan “S-400 ZRK” idxal etməsi, Şərqi Aralıq dənizi şelfində neft-qaz axtarışı, PKK-ya qarşı uğurlu hərbi əməliyyatlar müəyyən dövlətləri narahat edir: “Ərbildə diplomatların öldürülməsini PKK icra etsə də, PKK-nı da təlimatlandıran müəyyən qüvvələr var. PKK terror təşkilatının diplomatlara qarşı terror hücumu bir o qədər geniş yayılmayıb. Görünür, Ankaraya qarşı artıq bu kartdan da istifadə əmri verilib. Türkiyənin xarici ölkələrdə diplomatlarının təhlükəsizliyi sual altındadır. Bu kimi hücumların baş verməsi istisna edilmir. Anakaraya qarşı çox ciddi şəkildə siyasi sui-qəsdlər hazırlanır. Ərbil hücumu məhz bunun başlanğıcıdır”.

“Qərb bununla Türkiyəni Rusiya-Çin oxuna yaxınlaşdırır”

“Hazırda ABŞ Türkiyəni F-35 proqramından çıxarmasını bəyan edib. Avropa Birliyi Yunan Kiprinə görə sanksiyalar tətbiq etməyə başlayıb.
Qərb bununla Türkiyəni Rusiya-Çin oxuna yaxınlaşdırır. Proseslər bu istiqamətdə davam edəcəksə, prezident Ərdoğan ölkəsini NATO üzvülüyünə xitam verə bilər. AKP-nin də istədiyi budur”,
-deyə politoloq vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz