Türkiyəyə qarşı XAİN PLAN: Lozanna müqaviləsi... - Generallar dəhşətli SİRLƏRİ AÇDI

  • 2019-03-01 12:57:50
  • |
  • Region /

Türkiyəyə qarşı XAİN PLAN: Lozanna müqaviləsi... - Generallar dəhşətli SİRLƏRİ AÇDI

“Əgər biz “F-35”-ləri almasaq, daha yaxşı olar, çünki əks təqdirdə, biz Amerikadan tamamilə asılı olacağıq”.

“Aydınlıq” nəşri xəbər verir ki, bu haqda Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Bəyazid Karataş deyib.

Bəyazid Karataşın sözlərinə görə, ABŞ 2003-cü ildən – Türkiyə parlamentində İraq üzrə səsvermə vaxtlarından şantajın vasitəsi kimi “F-35”-dən istifadə edir və əlavə edir: “Əgər biz “F-35” almasaq, daha yaxşı olacaq, çünki əks təqdirdə biz Amerikadan tamamilə asılı olacağıq”.

General izah edir ki, bu təyyarələrin logistik sistemləri ABŞ-ın nəzarəti altında olacaq və Türkiyə milli maraqlara uyğun olaraq onlardan istifadə edə bilməyəcək.

“Amerikalılar türk KİV-inə pıçıldayırlar ki, əgər Ankara “S-400” raket əleyhinə müdafiə sistemlərini alarsa, onda yalnız “F-35”-lərin çatdırılmasının ləğvi bunun üçün cəza olmayacaq, həm də sanksiyalar olacaq: siz “S-400”almayın, biz sizə “Patriot” verəcəyik. Görünür, onlar Vaşinqtondan ilham alıblar. Onlar bu faktı sevinclə qarşılayırlar ki, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon söhbəti etdi. Trampdan sonra prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Maykl Pens zəng vurdu və dedi: “S-400” almağa cürət etməyin”, - “Aydınlıq” qəzetinin müxbiri yazıb.

Müdafiə sənayesinin katibliyinin başçısı isə qeyd edir: “Biz həm “S-400”, həm də “Patriot” ala bilərik”.

Rusiyanın “Rostex” müdafiə-sənaye kompleksinin beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov bildirib ki, 2019-cu ilin yayında Türkiyə ordusunun “S-400” sistemlərinin istismarına hazırlığı başlanacaq.

Münhen təhlükəsizlik konfransında bəyanat verdi: “ABŞ NATO üzrə müttəfiqlərin Şərqdən silahı almasına belə baxa bilməz”.

“Amma onlar Yunanıstanın Rusiyadan “S-300” əldə etməsi məsələsində susurlar”, - Türkiyə nəşri əlavə edib.

“Mən bilirəm ki, ABŞ Türkiyənin “S-400” almasından niyə belə narahatdır. Məsələ yalnız siyasi deyil. Yəni iş yalnız onda deyil ki, Türkiyə qərb düşərgəsindən çıxır və Avrasiyaya yaxınlaşır. ABŞ-ın qlobal planlarında Türkiyə indi düşmən cəbhəsindədir. Biz bunu Suriyada və Şərq Aralıq dənizində aydın görürük. Ümumiyyətlə, faktiki olaraq Türkiyə müstəqillik üçün müharibə vaxtlarından ABŞ-ın düşmənidir. Biz Lozanna müqaviləsini rəsmən tanımayan bir ölkə haqqında danışırıq. Amma siyasi və hərbi münasibətlərdə özümüzü aldadırdıq: “Amerika — bizim dostumuzdur”.

Əgər bizim “Muavenet” gəmisi 2 oktyabr 1992-ci ildə Egey dənizində ABŞ raketi ilə vurulursa, onda biz nədən danışırıq (Hücumda 5 türk əsgər şəhid olub, 22 əsgər yaralanıb). Əşrəf Biltlisin olduğu təyyarəni vurdular (Əşrəf Bitlis aviaqəza nəticəsində həlak olmuş türk generalı), Uğur Mumcunun (jurnalist) avtomobilini havaya uçurtdular.

Onlar müxtəlif növ sui-qəsd yolu ilə Türkiyənin Silahlı Qüvvələrini iflic etmiş Fəthullah Terror Təşkilatının (FETÖ) alətlərindən istifadə edərək dövlət çevrilişi təşkil etməyə çalışırdılar”, - məqalə müəllifi yazıb.

Şərqi Aralıq dənizində də Amerika təhdidlərinin olduğunu yazan müəllif ABŞ Şərqi Aralıq dənizinin təbii qazı və neftini mənimsəməyi arzulayaraq, Yunanıstan, İsrail, yunan Kipri və Misiri Türkiyəyə qarşı səfərbər edir.

Geosiyasət üzrə ekspert, istefada olan kontr-admiral Cem Gürdeniz vurğulayır ki, Şərqi Aralıq dənizində təhlükə Türkiyə üçün ən ciddi və həyati əhəmiyyətli problemdir.

İstefada olan kontr-admiral Soner Polatın sözlərinə görə, indi ABŞ var gücü ilə Ərdoğan administrasiyasını bu sazişdən imtina etməyə məcbur etməyə çalışır, iqtisadi böhranla hədələyir.

“Fikrimcə, artıq çox gecdir. Rusiyada “S-400”-lərin alınmasından imtinanın qiyməti ağır ekstremal olacaq”, - o vurğulayıb.

Nəşr qeyd edir ki, ABŞ-ın əlində iqtisadi böhran “kozır”ı var. Bundan başqa, hazırda Əhməd Davudoğlu (keçmiş xarici işlər naziri və baş nazir) və ya Abdullah Gülün (2007-2014-cü illərdə Türkiyə prezidenti) iştirakı ilə partiyanın yaradılması üzrə səylər müşahidə edilir.

“Hərçənd Rusiya hesab etmir ki, Türkiyə 2017-ci ilin dekabrında imzalanmış “S-400” üzrə razılaşmadan qaçacaq. “S-400” raketləri Amerika mənşəli təhdidlərə qarşı Türkiyə üçün zəruri ehtiyacdır. Rusiya ABŞ-dan fərqli olaraq Türkiyəyə texnologiyaların ötürülməsini təklif edir. 2019-cu ildə Türkiyə bərk dayanmalıdır. Əks təqdirdə, Bəyazid Karataşanın xəbərdarlıq etdiyi kimi, səmanı gülənçilərə tərk edəcəksiniz, 15 iyul 2016-cı il həqiqət olacaq!”, - nəşr yekunlaşdırıb./publika.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA