Türkmənistan prezidenti yeni doğulan dayçaya şer həsr etdi

Türkmənistan prezidenti yeni doğulan dayçaya şer həsr etdi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmədov "Rovaç" adlı şer yazıb.

Hurriyyet.org "ölkə.az"a istindala xəbər verir ki, şer 2019-cu ilin 1 yanvar tarixində doğulan at balasına həsr edilib. Bu barədə Türkmənistan hökumətinin rusdilli "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.

Qəzetin birinci səhifəsində dərc edilən şer bir müddət əvvəl Türkmənistanın xarici işlər nazirliyinin işçiləri tərəfindən dövlət başçısına hədiyyə edilən atın doğduğu dayçaya həsr edilib.
Türkmənistan liderindən yeni ilin ilk günü doğulan axaltəkə dayçasına ad qoymağı xahiş ediblər. Dayça "Türkmənistan-çiçəklənmənin vətənidir" devizi seçilən ildə anadan olduğu üçün prezident ona Rovaç adını verib. Rovaç isə çiçəklənmə, inkişaf deməkdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA