UÇAN ELEKTROTAKSİLƏR

  • 2019-05-21 13:54:03
  • |
  • Dünya /

UÇAN ELEKTROTAKSİLƏR

Hurriyyet.org xəbər verir ki, Almaniyada uçan elektrotaksilər sınaqdan keçirilib. Yeni texnikanın saatda 300 km sürətlə uça biləcəyi güman edilir.

Almaniyanın Oberpfaffenhofen şəhərində beşyerli uçan taksi modelinin sınağı keçirilib.

Uçan avtomobili “Lilium” şirkəti hazırlayıb. 2025-ci ildən etibarən Almaniyanın ən azı iki şəhərində belə taksilərdən istifadə ediləcəyi planlaşdırılır. Birinci sınaq zamanı yarım ton ağırlığında olan model havaya qalxıb və bir müddət şaquli vəziyyətdə havadan asılı qalıb. Yaxın gələcəkdə maşınım özününün ilk üfiqi uçuşunu həyata keçirəcəyi gözlənilir.

İstehsalçılar aparatı satışa çıxarmağı planlaşdırmırlar. Ondan yalnız sərnişinləri taksi qiymətinə daşımaq üçün istifadə edilməsi nəzərdə tutulur.

Elektriklə işləyən hava taksilərindən iri şəhərlərdə istifadə olunması nəzərdə tutulur.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA