UCAR ELEKTRİK ŞƏBƏKƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏT – Yerə düşən elektrik xətləri sakinlərin mal-qarasını məhv edib, amma...

UCAR ELEKTRİK ŞƏBƏKƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏT – Yerə düşən elektrik xətləri sakinlərin mal-qarasını məhv edib, amma...

Ucar rayon sakinləri tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Bir qrup vətəndaş tərəfindən göndərilən məktubda qeyd olunur:

“Bu şikayət ərizəmizdə yazıb bildirirk ki, Ucar Elektirik Şəbəkəsinin müdirinin yaratdığı laqeyidliyin, səriştəsizliyin, qanunsuzluğun nəticəsində bizə ziyanlar dəymiş.İri və xırdabuynuzlu heyvanlarımız yerə axan elektirik cəryanı vurması nəticəsində tələf olmuşdur.

Mən Ucar rayonu Bərgüşad kənd sakini Nəsiyev Azər Atəş oğlu, mənim oğlum Nəsiyev Nuruş Qrabağın azadlığı uğrunda gedən aprel döyüşlərində iştirak edib, ağır xəsarət alıb, əlil olub.

Belə ki, oğlum Nuruşun toyum üçün həyətimizdə min-bir zəhmətlə bəsləyib böyütdüyümüz erkək dana otlayan zaman onu həyətyanı sahəmizdə olan transfarmatorun nasazlığından yerə axan elektirik cəryanı öldürdü. Bu isə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlir ki, həmin transfarmator nasaz vəziyyətdə olsa da, təmir edilməyib, nəticədə də elektirik cərəyanı yerə axır. Bu özbaşınalığın nəticəsində nəinki heyvanlar, hətta insanlar da ölə bilər.

Bu barədə Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimova ərizə ilə müraciət etdim. Şahmar İbrahimov mənə kobud cavab verərək dedi ki, "get hara istəyirsən şikayət et. Hərə pul verib, gedib özünə bir əlil veteran vəsiqəsi alıb, gəlib burada düşür bizim canımıza".

Elektirik cəryanı vurması nəticəsində tələf olmuş dananın qiyməti 1200 manat edirdi.

Mən Ucar rayonu Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğlu kasıbçılıqla borc edib aldığım inəyimi 18.02.2019-cu il tarixdə qırılaraq yerə düşmüş elektirik xəttindən yerə axan elektirik cərəyanı öldürdü. Bu isə Ucar Elektirik Şəbəkəsinin yarıtmaz fəaliyyətindən irəli gəlir ki, mən elektirik xəttini qırılması barədə dərhal Ucar Elektirik Şəbəkəsinə zəng edib məlumat versəm də, heç bir tədbir görülmədi. Az qala hadisə nəticəsində elektirik enerjisi insanları da vurub öldürə bilərdi.

Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov mənə deyir ki, “sənə inək alıb verən deyiləm, canın çıxsın inəyini qoruyardın”. Mən kasıb adamam, inəyim ölüb, körpə balası yetim qalıb. Zülmlə, əziyyətlə işləyib, bir az pul qazanıb, bir az da borc edib bu inəyi almışdım. Ucar Elektirik Şəbəkəsinin müdirinin səhlənkarlığı nəticəsində inəyimi elektirik enerjisi vurub öldürdü.

Mən Ucar rayonu Qazıqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu yerə axan elektirik cərəyanı vurması nəticəsində özüm xəsarət aldım, bir baş qoyunum isə tələf oldu. Rayon ərazisində istifadəyə yararsız elektirik dirəkləri, xəttləri insanların özlərinə və təsərrüfatlarına ciddi ziyanlar vursa da, qarşısınə alan yoxdur. Yəqin gözləyirlər ki, elektrik cərəyanı insanları vurub məhv etsin, ondan sonra tədbir görüləcək.

Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşlar əziyyət çəkirlər. Biz Ucar rayon sakinlərinə Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun qanunsuzluğu nəticəsində ziyan dəyib. Ucar rayonunda çoxlu sayda qəza vəziyyətində olan elektrik dirəkləri var. Şahmar İbrahimovun başı fermer təsərrüfatına qarışıb, iş yaddan çıxıb. Ucarın Şahlıq kəndində böyük fermaları var. Onun korrupsiya əməllərinin ciddi araşdırlmasına zərurət var.

Azərbaycan Respublikasının Przidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazova müraciət edib, xahiş edirik ki, bu şikayət ərizəmizi bizim iştirakımızla yerində obyektiv araşdırıb, korrupsiyaya qurşanmış Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimovun barəsində ciddi tədbirlər görəsiniz. Xahiş edirik, tapşırıq verin, Ucar Elektirik Şəbəkəsinin müdiri Şahmar İbrahimov bizə vurduğu ziyanları ödəsin”.

Qeyd edək ki, məktuba aşağıdakı sakinlər imza atıblar:

1. Ucar rayonu Bərgüşad kənd sakini aprel döyüşləri zamanı əlil olmuş Nəsiyev Nuruş Azər oğlu;

2. Ucar rayonu Qazyan kənd sakini Məmmədyarov Elgün Rəhim oğlu;

3. Ucar rayonu Qaziqumlaq kənd sakini Məhərrəmov Vəliyəddin Ağarəhim oğlu.

Hurriyyet.org

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA