“Ucuz sensasiya dalınca qaçırlar” - Əflatun Amaşovdan çılpaq qızlar məsələsinə reaksiya

“Ucuz sensasiya dalınca qaçırlar” - Əflatun Amaşovdan çılpaq qızlar məsələsinə reaksiya

"Bu gün sosial şəbəkələrdə yayılmış əxlaqsız video-görüntünün geniş müzakirə predmetinə çevrilməsi diqqətimizdən yayınmadı”.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, bunu Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O bildirib ki, cəmiyyətin ahənginə, dəyərlərinə, mövcud yaşam tərzinə zidd hərəkət və davranışlara münasibətdə ictimai qınağın olması təbiidir: "Ancaq düşünürük ki, media məhz məlum durumla bağlı qınağın formalaşmasında aktiv rol oynamamalıdır. Təəssüf ki, buna məhəl qoymayan bəzi internet informasiya vasitələrimiz oldu. Onlar ucuz sensasiya dalınca qaçmağa üstünlük verdilər.

Məlum video-görüntünü xəbər kimi işıqlandıran, kimisə, kimlərisə hansısa formada qınağa çəkən, çəkməyə cəhd edən, qınağa çəkilməsinə şərait yaradan media vasitəsi birmənalı qaydada "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı pozur. Şəxsi həyata müdaxilə faktı olduğundan burada həmçinin qanunvericiliyin pozulması da diqqətdən yayınmamalıdır. Məsələyə soyuq baxış budur. Biri və biriləri əxlaqsızlıq edirsə, etdiyi əxlaqsızlığı yayırsa, nəzərə almaq lazımdır ki, media həmin əxlaqsızlığı hətta məhdudiyyət tətbiq edərək tirajlamaqla heç bir qınaq formalaşdırmır, cəmiyyətə örnək nə isə aşılamır, əksinə əxlaqsızlığın bu və ya digər şəkildə şüurlara yeridilməsinə meydan verir, onu adiləşdirir”.

Mətbuat şurasının sədri bildirib ki, həssaslıq hər bir hadisənin, prosesin sonrakı nəticələrini düşünmək məharətidir: "Peşəkarlıq isə həmin nəticələrin ictimaiyyət üçün faydalılığını, səmərəliliyini görə bilmək bacarığıdır. Həssaslıq və peşəkarlıq məlum video-görüntünün tirajlanmasının nəticələrinin orada yer alan şəxslər üçün hansı aqibəti yarada biləcəyini nəzərə almaqdır. Əfsus, media vasitələrimiz məsələni nəzərə almadılar”.

O qeyd edib ki, ortada böyük ayıb var: "Belə bir ayıb 31 mart Azərbaycanlıların Soyqırımı Günündə dövriyyəyə buraxılıb. Düşünmək olar ki, qəsdən edilib, planlı şəkildə. Jurnalist peşəkarlığı xüsusən buna diqqət yetirəcək, belə bir ehtimalı götür-qoy edəcək qədər həssas məsələdir. Təəssüf ki, bəzi internet media resurslarımızda həssas yanaşmanı görmədik.

Azərbaycan Mətbuat Şurası olaraq bütün media vasitələrini artıq neçənci dəfədir təkrarlanan cəmiyyətin dəyərlərinə zidd halları yayımlamaq kimi mənfi tendensiyadan imtina etməyə, oxşar hallara son qoymağa çağırırıq. Heç bir reytinq, IP göstərici yüksəkliyi bunu əldə etmək üçün seçilmiş yoldakı yarıtmazlığa, dəyərlərə etinasız münasibətə, etinasızlığın dolayı və birbaşa təbliğinə haqq qazandırmır. İstərdik ki, jurnalistlər bu tövsiyəmizi gələcəkdə ciddi şəkildə nəzərə alsınlar”

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə üç çılpaq qadının içki məclisindən videosu yayılıb. Həmin görüntüləri isə Əliyev Səddam Qüdrət oğlu adlı şəxs çəkib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA