UEFA-nın yeni reytinq siyahısı - “Qarabağ” “Milandan” və “Lester”dən öndə

  • 2019-06-04 10:03:19
  • |
  • İdman /

UEFA-nın yeni reytinq siyahısı - “Qarabağ” “Milandan” və “Lester”dən öndə

UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.

Hurriyyet.org xəbər verir ki, sıyahıda birinci yerdə “Real”, ikinci yerdə “Barselona”, üçüncü yerdə isə “Bavariya” qərarlaşıb.

İlk onluqda həmçinin “Atletiko”, “Yuventus”, “Mançester Siti”, “Sevilya”, “PSJ”, “Arsenal” və “Porto” qərarlaşıblar.

Azərbaycanın “Qarabağ” klubu siyahıda İtaliyanın “Milan” (78), İngiltərənin “Lester” (72) və Hollandiyanın “Feyenord” (71) klublarından önə keçərək 70-ci yerdə qərarlaşıb.

Azərbaycanın “Qəbələ” klubu 173-cü, “Keşlə” 273-cü, “Neftçi” 274-cü, “Zirə” 275-ci, “Kəpəz” 276-cı yerlərdə qərarşlaşıblar.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA