UEFA bilərəkdən sarı vərəqə alan futbolçunu cəzalandırdı

  • 2019-02-08 16:41:15
  • |
  • İdman /

UEFA bilərəkdən sarı vərəqə alan futbolçunu cəzalandırdı

UEFA Portuqaliyanın "Portu" klubunun futbolçusu Xesus Koronanı iki oyunluq cəzalandırıb.

Hurriyyet.org report-a isitnadən xəbər verir ki, buna səbəb 26 yaşlı hücumçunun Almaniya "Şalke"si ilə Çempionlar Liqasının qrup mərhələsinin V tur matçında bilərəkdən sarı vərəqə almasıdır. Qitənin ən nüfuzlu klub turnirində 3 sarı vərəqə alan meksikalı oyunçu cəzasını son turda Türkiyə "Qalatasaray"ı ilə matçda "sıfırlamaq" istəyib.

Lakin UEFA 1/8 final mərhələsinin oyunlarına təmiz çıxması üçün belə addım atdığı qənaətinə gəlib. Nəticədə Korona qrup mərhələsinin son tur matçından əlavə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə İtaliya "Roma"sı ilə qarşılaşmanı da buraxmalı olacaq.

Qeyd edək ki, fevralın 12-də "Roma" - "Portu" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Portuqaliya təmsilçisi V turda "Şalke"ni evdə 3:1, VI turda isə səfərdə "Qalatasaray"ı 3:2 hesabı ilə məğlub edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA