UEFA ən yaxşı qolu açıqladı - Türk futbolçu QALİB OLDU - VİDEO

UEFA ən yaxşı qolu açıqladı - Türk futbolçu QALİB OLDU - VİDEO

UEFA rəsmi internet saytından “Çempionlar Liqası qrup mərhələsinin ən yaxşı qolu” adlı səsvermə keçirib.

Hurriyyet.org xəbər verir ki, səsvermədə “Beşiktaş”ın forvardı Cenk Tosunun səfərdə “Porto” komandasının qapısına 25 metr məsafədən vurduğu qol 44 fazi səslə mərhələnin ən yaxşısı seçilib.

C.Tosun həmin qolu qarşılaşmanın 28-ci dəqiqəsində vuraraq hesabı 2:1 etmişdi. İrəliləyən dəqiqələrdə qara qartallar daha iki qola imza ataraq qələbəni təmin etmişdilər.

Çempionlar Liqası qrup mərhələsinin ən yaxşı ikinci qolu isə “Real Madrid”in futbolçusu Qaret Balenin “Dortmund”un qapısından keçirdiyi top olub.

Qeyd edək ki, 2016-cı ildə də qrup mərhələsinin ən yaxşı qolu Cenk Tosunun “Benfika”ya vurduğu qol seçilmişdi./publika.az/

 

Loading...

QALEREYA