Ukrayna Avropa Şurasındakı səfirini geri çağırdı: “Etibarımızı itirdik, ruslar üçün qırmızı xalı sərdiniz”

Ukrayna Avropa Şurasındakı səfirini geri çağırdı: “Etibarımızı itirdik, ruslar üçün qırmızı xalı sərdiniz”

“Kiyev Rusiyanın və onun dostlarının Avropa Şurasını parçalamasına imkan verə bilməz”

Hurriyyet.org xəbər verir ki, rəsmi Kiyev Avropa Şurasındakı səfirini geri çağırıb. Səbəb Krımı işğal elədiyi üçün bu qurum tərəfindən sanksiyalar məruz qalmış Rusiya Federasiyasının yenidən Avropa Şurası Parlament Assambleyasına qəbul edilməsidir. Məlumatı Ukrayna prezidentinin xarici işlər naziri Pavel Klimkin öz “Feysbuk” səhifəsində yayıb. Nazir yazıb: “Şuraya etibarımızı itirmişik və onu bərpa eləmək olduqca çətin olacaq. O daha insan hüquqlarının müdafiəsi üçün mübariz yox, adi, daha doğrusu, ortabab bir menecerdir”.

Nazir həm də Fransanı Şuranın həmsədri ölkə kimi qınayıb. Klimkin yazıb: “Normand formatının əsasını qoyan ölkə olmaq və Rusiya irəli sürülmüş tələblərdən heç birini yerinə yetirmədiyi halda, rusiyalı deputatların ayağının altına qırmızı xalça sərmək – bu (fransızca danışıq səviyyəmə görə üzr istəyirəm), tamamilə “mauvais ton” –dur”.

Xarici işlər naziri onu da əlavə edib ki, ölkəsinin AŞPA-da iştirakı yalnız müvəqqəti olaraq dayandırılıb, çünki Kiyev “Rusiyanın və onun dostlarının Avropa Şurasını parçalamasına imkan verə bilməz”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA