Ukrayna təyyarələri Donetskə HÜCUM ETDİ

  • 2019-02-18 12:35:34
  • |
  • Dünya /

Ukrayna təyyarələri Donetskə HÜCUM ETDİ

Ukraynanın Donetsk şəhərinin mərkəzində üç partlayış baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Donetsk separatçılarının “Daxili İşlər Nazirliyi”ndən bildiriblər.

Qeyd edilir ki, şəhərin bu hissəsində “Donetsk Xalq Respublikası”nın başçısının iqamətgahı yerləşir.

Məlumata görə, iki partlayış mehmanxanadan bir neçə yüz metrlikdə olub. Burada ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri yaşayırlar. Üçüncü partlayış isə boş ərazidə baş verib. Heç kim zərər çəkməyib.

Separatçı qurumun nümayənsədi bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin hücumu partlayışların səbəbi olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA