Ukraynada seçkilərin qalibi kim olacaq? - Poroşenko öz postunu qoruya biləcək?

Ukraynada seçkilərin qalibi kim olacaq? - Poroşenko öz postunu qoruya biləcək?

İlqar Vəlizadə: “Poroşenko 3 əsas namizədin içərisində ən şanslısı hesab oluna bilər”

Bildiyimiz kimi, martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 28 namizədin qeydiyyatdan keçdiyini nəzərə alsaq, demək olar ki, mübarizə çox gərgin keçəcək. Prezidentliyə namizədlərin çox olmasına baxmayaraq, mübarizə hazırkı prezident Pyotr Poroşenko, keçmiş baş nazir, Batkivşina Partiyasının sədri Yuliya Timoşenko və ukraynalı siyasətçi, şoumen, rejissor, ssenarist Vladimir Zelenski arasında gedir.

Açığı, Yuliya Timoşenko ukraynalı siyasətçi kimi populyar olsa da, V. Zelenski kimi birinin potensial namizədlər arasında olması diqqəti çəkir. Amma o, buna baxmayaraq yanvar ayından etibarən “Sociopolis” ictimai təşkilatının sorğusuna əsasən, 2019-cu il prezident seçkilərində potensial namizədlərin reytinqində ikinci yeri tutur.

Əslində, hazırkı prezident P.Poroşenkonun nüfuzunun düşdüyü ortadadır, onun Jitomir şəhərində namizədlərlə keçirdiyi uğursuz mitinqi tələsik tərketmə görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən lağ obyektinə çevrilib. Hətta Ukraynalı jurnalist Andrey Mançuk bununla bağlı Poroşenkoya mahnı həsr edib:

“A tı kto takoy? Davay, do svidaniya! Davay, idi, qulyay do svidaniya!” Hətta belə bir fikir var ki, onun rəqiblərindən biri P. Poroşenko barəsində məşhur meyxana yazacaq və onu bütün ölkə oxuyacaq.

Hətta Jitomir şəhərində seçkiqabağı mitinqi dağıtmaq istəyən Milli Korpus Partiyasının radikalları arasında münaqişə də olub. Prezidentin çıxışı zamanı radikallar yerdən onun ünvanına təhqiramiz şüarlar səsləndiriblər ki, bu da onun nüfuzuna ciddi zərbədir.

Ukrayna Batkivşina Partiyasının lideri Yuliya Timoşenko isə P. Poroşenkonu seçkilərdə namizədliyini geri götürməyə çağırıb.

“Pyotr Alekseyeviç namizədliyini geri götürə bilər. Ona olan ictimai dəstəyin son göstəricilərini nəzərə alsaq, bu, onun üçün sadəcə vaxt itkisidir”, - Timoşenko bildirib.

Maraqlıdır ki, Timoşenkonun dediyi kimi, P. Poroşenkonun seçkilərdə iştirakı onun üçün vaxt itkisi olacaq, yoxsa əksinə, zaman Poroşenkonun lehinə işləyəcək? Əslində, bunu oncədən söyləmək də doğru deyil. Ola bilər ki, P. Poroşenko yenidən prezident seçilsin. Amma Poroşenkonun xalq arasında nüfuzunun düşdüyünü nəzərə alsaq, onun məğlubiyyətinin yaxınlaşdığını düşünmək də olar.

Bir neçə gün öncə, ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeylin Ukrayana gəlməsi də diqqət çəkən məqamdır. Görünür ki, Amerika üçün Ukraynada kimin prezident seçilməsi ciddi önəm daşıyır. Yoxsa Ağ Ev rəsmisi bu ərəfədə Ukrayanya gəlib, “Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir” deməzdi.

“Anti-reytinq də reytinqdir və müəyyən dərəcədə piardır”

Картинки по запросу ilqar vəlizadə

Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, seçki kampaniyasında müxtəlif yollar mövcuddur: “İndi həm Ukraynada, həm də kənarında müxtəlif dairələr fəallaşıb. Çox maraqlıdır ki, anti-reytinq də reytinqdir və müəyyən dərəcədə piardır. Ona görə ki, son rəy sorğuları göstərir ki, Poroşenkonun reytinqi Timoşenkonun reytinqini üstələyir. Bu da paradoksal bir amildir. Necə olur ki, Poroşenkonu hamı tənqid atəşinə tutur, amma onun reytinqi çoxalır? Yəni indiki vəziyyətdə hər şey mümkündür və son vaxtlar yayılan proqnozlar özünü doğrultmaya da bilər”.

“Poroşenko ilə Timoşenkonun şansları demək olar ki, bərabərdir”

“Poroşenko lağ obyekti olursa, tənqid olunursa, yaxud seçiləri pulla ələ almaq istəyirsə, rəy sorğularında reytinqi necə yuxarı ola bilər” sualına İ.Vəlizadə belə cavab verdi: “Sociopolis” adlı rəy mərkəzi var. Onlar bu yaxınlarda sorğu keçirdilər. O sorğu göstərir ki, Poroşenkonun xalları daha çoxdur. Mən Poroşenkonun reytinqini çox olmasını nə ilə əlaqələndirə bilərəm? Secilərin rəylərini manipulyasiya etməsi bu cür elektoral kompaniyalarda adi haldır. Secilərin manipulyasiyası nədir? Baxın, Poroşenkonu indi ən çox tənqid olunan fiqur kim göstərirlər, amma Poroşenko da Ukraynada gedən bütün proseslərə əsas məsuliyyət daşıyan insandır və onu konkret əməllərə görə tənqid edirlər. O da deyir ki, mən hansısa addımlar atmasaydım, bu addımları kim atacaqdı, mən məcbur olmuşam. Etiraf da edir ki, səhvləri də olub, amma mən riskə girmişəm, bu səhvləri etmişəm, digərləri heç biri risk altında qalmayıblar, cari proseslərdə heç bir məsuliyyət daşımırlar. Ən mürrəkəb vaxtda Poroşenko ölkəni idarə edirdi, digələri sadəcə təndiq edirdi. Yəni Poroşenko ondan istifadə edir və deyir ki, bu illər ərzində Timoşenko neynəyib? Yaxud Zelenski hansı işlərlə məşğul olub? Zelenskinin ümumiyyətlə, siyasətdən xəbəri yoxdur. Onların arxasında müəyyən siyasi qruplar var, onları idarə edirlər. Təxminən bu cür ritorika ilə ərsəyə gələn Poroşenko əlbəttə ki, səslərin bir hissəsini öz tərəfinə çəkə bilər.

O biri tərəfdən də Poroşenkonun əlində inzibati amilin olmasını da kənara çəkmək düzgün olmaz. Çünki inzibati amil bu cür sistemlərdə böyük rol oynayır. Baxın, Gürcüstanda prezident seçkilərində son ana qədər çoxları düşünürdü ki, Qriqol Vaşadze prezident ola bilər. Bütün sorğular onu göstərirdi ki, Qriqol Vaşadze Salome Zurabaşvilini üstələyir. Amma son nəticə etibarilə Gürcüstanda inzibati amil hər şeyi həll etdi, ikinci turda Zurabişvili uddu. Poroşenko da çalışacaq ikinci tura keçsin və ikinci turda inzibati amilin rolu kifayət qədər yüksəkdir. Mən düşünürəm ki, onun qalib gəlmək şansları çoxdur. Amma yenə də hər şey dəyişilə bilər, çünki siyasət mürəkkəbdir. Amma kimsə deyir ki, Poroşenko 100% uduzacaq, onun heç bir şansı yoxdur, onlar yanılırlar. Poroşonko 3 əsas namizədin içərisində ən şanslı namizəd hesab oluna bilər. Ehtimal nisbətində Poroşenko, Timşenko bir cərgədədir. Mən düşünmürəm ki, Zelenskinin şansları çox olacaq. Amma Poroşenko ilə Timoşenkonun şansları demək olar ki, bərabərdir. Təbii, son vaxtların proqnozları onu göstərir ki, guya, Poroşenkonun qatarı geridə qalıb, o şanslı namizəd kimi görsənə bilməz. Mən bu proqnozlarla razılaşmıram. Düşünürəm ki, Poroşenko Timoşenko ilə əməlli-başlı mübarizə apara biləcək. Mən demirəm ki, Timoşenkonun şansı azdır, bu, sanki münnəcimlik olar. Mən də münnəcim deyiləm, çalışıram, proseslərlə bağlı reallıqdan çıxış edim.

Yeri gəlmişkən, kraynada tanış politoloqlar, ekspertlər var, bu yaxınlarda onlarla danışmışam. Onlar da bu mövqedə dayanırlar ki, burada hər şey ola bilər. Onlar da deyirlər ki, Poroşenkonu gücsüz rəqib kimi qəlmə vermək düzgün deyil”.

“Amerika bu seçkilərdə ən real qalibini dəstəkləyəcək”

İ. Vəlizadə onu da qeyd etdi ki, son vaxtlar Amerikanın həm daxili, həm də xarici dairələrini ittiham edilər ki, Ukrayna seçkilərinə qarşır: “Devid Qeylin bu bəyanatı da o niyyəti daşıyırdı ki, Amerika əslində, bu seçkilərə qarşımır və hətta iştirakçıları xarici resurslardan çox daxili resurslara və xalqın rəyinə istinad etməyə çağırır. Əslində, əsas mesaj budur. Amma Amerikanın nə dərəcədə bu seçkilərdən kənarda qalması sual altındadır. Əlbəttə, Amerikanın siyasi dairələrinin dəstəyi aparıcı namizədlər üçün indiki şəraitdə çox vacibdir. Amma Amerika bu seçkilərdə ən real qalibini dəstəkləyəcək. Son nəticə etibarilə Amerika əlbəttə, göstərməyəcək kimi dəstəkləyir, amma daha çox yəqin ki, Poroşenkonu dəstəkləyir. Çünki Poroşenko inzibati resurslara malikdir və bu inzibati resurslar vasitəsilə Amerikanın siyai elitası, yəni xarici işlər naziri və yaxud digər kanallarla münasibətlərini daha mütşəkkil surətdə apara bilər, amma digər namizdələr belə kanallara malik deyillər. O biri tərəfdən də Amerika başa düşür ki, kim gəlirsə, gəslin, ümumiyyətlə, vəziyyət dəyişilməyəcək və belə vəziyyətdə Poroşenkonu kiminləsə əvəz etmək Amerika üçün heç bir xeyir gətirməyəcək. Poronşeko ilə bütün hallarda rabitə kanalı yaxşıdır, işlək vəziyyətdədir və müəyyən qarşılıqlı maraqların qəbul olunması faktoru var. Ona görə də yeni fiqur gəlsə, həmin bu vasitələri, rabitələri yaratmağa vaxt sərf olunacaq. Yəqin ki, belə vəziyyətdə Amerika istəməzdi vaxtını, yaxud səylərini hansısa bir fiqura sərf etsin”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA