Ukraynadan Qarabağla bağlı VACİB QƏRAR

Ukraynadan Qarabağla bağlı VACİB QƏRAR

Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır. Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə səfər etmək mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün “persona non-qrata” elan ediləcək və ölkəyə buraxılmayacaqlar.

Bundan başqa, Ukrayna XİN bəyan edir ki, Azərbaycan hökumətinin icazəsi olmadan qeyd olunan ərazilərdə hər hansı hüquqi və fiziki şəxsin kommersiya işi ilə məşğul olması da qəti qadağandır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA