Ukraynalı jurnalist də Putini söydü - VİDEO

Ukraynalı jurnalist də Putini söydü - VİDEO

Ukraynanın "24-cü kanalı"nın jurnalisti Artyom Ovdiyenko Rustavi-2 televiziyasının aparıcısı Georgi Qabuniyaya dəstək məqsədiylə Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, Ovdiyenko özünün müraciət videosunu Feysbuk səhifəsində paylaşıb. Müraciətində Putini bir neçə dəfə təhqir edən jurnalist onun Gürcüstan, Ukrayna və Moldovadan uzaq olmasını istəyib. O, Putindən öz ölkəsiylə maraqlanmasını tələb edib.

Qeyd edək ki, Qabuniya bundan öncə Putini canlı efirdə müxtəlif söyüşlərlə təhqir etmişdi. Onun bu addımı etirazlara səbəb olmuş, daha sonra isə Qabuniya 2 aylıq efirdən uzaqlaşdırılmışdı. Rusiya isə Gürcüstana bunun qarşılığında sanksiyalar tətbiq etməkdən imtina etmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA