“Ukraynasız Avropa ola bilməz” - Donald Tusk

“Ukraynasız Avropa ola bilməz” - Donald Tusk

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin NATO və Avropa İttifaqı üzvü olmaq niyyətini təsbit edən Konstitusiya dəyişikliyinə dair qanunu təsdiq edib.

Fevralın 19-da çıxış edən prezidnet bildirib ki, Ukraynanın NATO və Avropa İttifaqında üzvlüyünü “strateji missiya” hesab edir. O Verxovna Radadakı çıxışında deyib ki, Ukrayna 2023-cü ildən gec olmayaraq Avropa İttifaqı üzvlüyü üçün müraciət etməyi və NATO üzvlüyü üçün hərəkət planını almağı planlaşdırır.

Bununla belə Poroşenko əlavə edib ki, onun ölkəsi sözü gedən blokların tamhüquqlu üzvü olmaq üçün “uzun yol” keçməlidir.

Avropa Şurasının prezidenti Donald Tusk Konstitusiya düzəlişinin parlament binasında keçirilən imzalanması mərasimində iştirak edib. Ukrayna millət vəkillərinə müraciət edən milliyyətcə polyak Tusk deyib ki, “Ukraynasız Avropa ola bilməz”. O eyni zamanda Ukrayna siyasətçilərini 31 mart prezident seçkisininin ərəfəsində populist və millətçi taktikalardan çəkinməyə çağırıb: “İndiyədək etdiyiniz kimi radikal millətçilikdən və populizmdən uzaq durun”. Avropa İttifaqının rəsmisi Rusiyaya işarə edərək millət vəkillərini habelə yalnız üçüncü tərəfi mənfəətləndirəcək daxili münaqişələrdən çəkinməyə çağırıb.

Tusk 2014-cü ilin fevralında moskvayönlü prezident Viktor Yanukoviçi devirmiş Avromaydan hadisələrinin beşinci ildönümünün qeyd edilməsi mərasimlərində iştirak etmək üçün üç gün müddətində Ukraynada səfərdə olacaq.

Yanukoviçin süqutundan dərhal sonra Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqində separatçı münaqişəni alovlandırıb. /azadliq.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA