Çumbinyo "Qarabağ"dan danışdı: "Keçmiş komandama inanıram"

  • 2019-09-04 22:28:52
  • |
  • İdman /

Çumbinyo "Qarabağ"dan danışdı: "Keçmiş komandama inanıram"

Braziliyanın "Yuventude" klubunun futbolçusu Çumbinyo sabiq klubu "Qarabağ" haqda Brazilya mətbuatına açıqlama verib.

Futbolçu Avroliqanın qrup mərhələsində "Qarabağ"ın şanslarını dəyərləndirib. Futbolçu keçmiş komandasına inandığını bildirib: "Qarabağ"ın Avropa təcrübəsi var. Komanda neçə illərdir ki, Avropa yarışlarında çıxış edir. Bu onun təcrübə toplaması baxımından vacib amildir. Bu il düşdükləri qrupa gəlincə, deyə bilərəm ki, olduqca çətin qrupdur. APOEL, "Sevilya" və "Düdelanj"la matçlar "Qarabağ"a asan olmayacaq. Çünki digər komandaların da Avropa təcrübəsi var. Lakin, "Qarabağ" mübarizə apara biləcək gücdədir, Əminəm ki, komanda sona qədər hər bir rəqiblə yaxşı mübarizə aparacaq. Keçmiş komandamın hədəfinə çatacağına inanıram".

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da forma geyinib. \\Yeni Sabah

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA