“Uralvaqonzavod” T-90 tanklarının yeni ixrac variantını satışa çıxarır - AZƏRBAYCAN DA ALA BİLƏR... - VİDEO

“Uralvaqonzavod” T-90 tanklarının yeni ixrac variantını satışa çıxarır - AZƏRBAYCAN DA ALA BİLƏR... - VİDEO

Rusiyanın “Uralvaqonzavod” elm-istehsalat korporasiyası rus ordusunun əsas döyüş tankı T-90S-in yeni ixrac versiyası olan T-90MS tankının sınaqlarına dair videokadrları yayıb. Hurriyyet.org virtualaz.org-a istnadən xəbər verir ki, tankın yeni ixrac variantının sınaq görüntülərinə əsasən T-90MS torpaq yolla yüksək sürətlə hərəkət edir və hərəkətdə ola-ola hədəfə atəş açır. Kadrlarda tankın içərisində tuşlayıcı-operatorun necə işlədiyi də görünür.

Tankın maketi fevralın 17-dən 21-nə qədər Əbu-Dabidə keçiriləcək İDEX-2019 müdafiə sərgisində nümayiş etdiriləcək və potensial alıcılara təqdim olunacaq.

Əsas göstəricilərinə-müdafiəsinə, atəş gücünə və hərəkətliliyinə görə T-90MS tanklarının analoqu yoxdur. Tank 3-cü nəsil yeni dinamik müdafiə sistemi ilə təchiz edilib və bu sistem texnikanı müasir tank əleyhinə vasitələrin hücumundan qoruyur.

Tankın ekipajı üçün komfort şərait yaradılıb, içəridə mikroiqlimi dəstəkləyən kondisioner sistemi işləyir. Bütün təchizatı ilə tankın kütləsi 50 tonu keçmir. Bu da ona rəqibləri qarşısında mühüm üstünlük təmin edir. 125 mm-lik topla təchiz edilən tank müxtəlif tipli döyüş sursatları, o cümlədən məsafədən partlatmaq üçün proqramlaşdırılmış başlıqlı mərmilər istifadə edir. Bu da onu yüksək dəqiqlikli silah çevirir.

Azərbaycan T-90 tanklarının bundan əvvəlki ixrac variantı olan T-90S tanklarının iri partiyasını alıb. Bir neçə il əvvəl “Uralvaqonzavod” Azərbaycana azı 100 belə tank satıb. Məlumatlara görə Azərbaycan Rusiyadan daha 100 ədəd T-90 tankı almaq üçün müqavilə bağlayıb və ehtimal edilə bilər ki, bu dəfə məhz T-90MS tankları əldə edilcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA