“Ustalara pul veriləndə gördüm” - Kirayə qaldığı evdən oğurluq etdi - VİDEO

“Ustalara pul veriləndə gördüm” - Kirayə qaldığı evdən oğurluq etdi - VİDEO

Şamaxıda oğurluq hadisəsi baş verib.

Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, 55 yaşlı Ucar rayon sakini Səlimov İlyas Mövsüm oğlu Şamaxıda kirayə qaldığı evdən, ev sahibi, Hüseynova Firuzə Adil qızına məxsus 1000 manat məbləğində pul, 200 manat dəyərində mobil telefon və otaqda olan digər əşyaları götürərək qaçıb.

Bir müddət Bakı şəhərində qalan, əvvəllər məhkum olmuş Səlimov İlyas burada şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Hazırda İlyas Səlimovun başqa oğurluq əməllərində də əli olub-olmadığı araşdırılır.

İlyas Səlimov – Saxlanılan şəxs: “Kirayə qalırdım. Ustalara pul veriləndə yerini gördüm. Mən də oğurlayıb apardım”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA