Uzun yaşamağın sirlərini açıqlayırıq: bu ədviyyatlardan mütləq istifadə edin!

Uzun yaşamağın sirlərini açıqlayırıq: bu ədviyyatlardan mütləq istifadə edin!

Xüsusi ətri və faydaları ilə bir-birindən fərqlənən ədviyyatlar dünya mətbəxində geniş istifadə edilir. Lakin ədviyyatları miqdarından çox istifadə etmək olmaz. Bir çimdik ədviyyat orqanizmi az qala yeniləyir, iltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur.

Bu dəfə ədviyyatın bəzi növləri və onların faydalarını oxucuları ilə bölüşəcəyik.

1. Oreqano və yaxud Qaraqınıq

Bu ədviyyatsız italyan mətbəxini təsəvvür etmək mümkün deyil. Oreqano təkrarolunmaz dadı olması ilə yanaşı, həm də unikal müalicəvi effektə malikdir.

Faydalı xüsusiyyətləri

• sinir sistemini sakitləşdirir
• yüksək antibakterial xüsusiyyətə malikdir
• mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır
• sidikqovucu və ödqovucu təsir göstərir
• immuniteti möhkəmləndirir
• güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.

Harda istifadə etmək olar?

1. Qayğanaqda
2. Tərəvəzli şorbalarda
3. Pizzalarda
4. Salatlar üçün ədviyyat kimi
5. Souslarda
6. İkinci yeməklərdə

2. Rozmarin

Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indi də bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq” üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.

Faydalı xüsusiyyətləri:

• stres və əsəb gərginliyini götürməyə yardımçı olur
• ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir
• soyuqdəyməni müalicə edir

• iltihab əleyhinə, antioksidan, antidepressiv, ödqovucu kimi xassələrə malikdir

Harda istifadə etmək olar:

1. Ət yeməklərində
2. Balıq yeməklərində
3. Marinadlarda
4. Bitki çaylarında

3. Kəklikotu

Çox faydalı bitkidir. Antioksidant xüsusiyyətinə görə E vitamininə bərabərdir.

Faydalı xüsusiyyətləri:

• tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
• immuniteti möhkəmləndirir;
• iş görmə fəaliyyətini artırır;
• prostatitin inkişafına mane olur;

• cinsi zəifliyi aradan qaldırır.

Harda istifadə etmək olar:

1. Salatlar
2. Şorbalar
3. Qovurma yeməklərdə
4. Yumurtadan hazırlanan bütün yeməklərdə
5. Souslarda

4. Sarıkök

Zəncəfilkimilər ailəsindəndir. Onun faydaları qiymətsizdir. Məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

Faydalı xüsusiyyətləri:

• orqanizmi təmizləyir
• həzmə müsbət təsir edir
• soyuqlamanın qarşısını alır
• güclü antioksidantdır
• dərinin vəziyyətini yaxşılaşdırır
• bədənin müdafiə gücünü bərpa edir

• arıqlama zamanı istifadə edilir

Harda istifadə etmək olar

1. Şorbalar
2. Raqular
3. Plovlar
4. Müxtəlif düyü yeməkləri

5. Adaçayı

Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələ bilən mükəmməl ədviyyat.

Faydalı xüsusiyyətləri:

• bağırsaqları təmizləyir
• toksinləri və şlakları xaric edir
• çəki atmağa yardımçı olur
• antioksidant təsirə malikdir
• immuniteti möhkəmləndirir

• öskürək və zökəm zamanı kömək edir

Harda istifadə etmək olar:

1. Ət yeməklərində

2. Balıq yeməklərində
3. Souslarda
4. Şorbalarda

5. Raqularda

Əgər evinizdə bu kimi ədviyyatlar varsa, o zaman orqanizminizi qorumaq üçün onlardan imtina etməyin! \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA