Vahid Ələkbərov İraqın baş naziri ilə görüşdü

  • 2019-03-29 15:07:34
  • |
  • Dünya /

Vahid Ələkbərov İraqın baş naziri ilə görüşdü

Hurriyyet.org xəbər verir ki, Rusiyada fəaliyyət göstərən “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərov Bağdada işgüzar səfəri çərçivəsində İraqın baş naziri Adil Əbdül Mehdi ilə görüşüb. Görüşdə Rusiyanın İraqdakı səfiri Maksim Maksimov də iştirak edib.

Tərəflər layihələrin reallaşdırılmasını, o cümlədə İraqın cənubundakı Erudi yatağındakı geoloji kəşfiyyat işlərinin gedişatını müzakirə ediblər.

Əbdül Mehdi Rusiya şirkətinin İraqdakı fəaliyyətini yüksək qiymətləndirib və Erudi layihəsinin tez bir zamanda həyata keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Vahid Ələkbərov açıqlamalarında bildirmişdi ki, ilkin məlumatlara görə, Erudi yatağının geoloji ehtiyatları 3 milyard neft məbləğində qiymətləndirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA