VAŞİNQTONUN “YENİ SURİYA” PLANI: Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL

VAŞİNQTONUN “YENİ SURİYA” PLANI: Ağ evdə əmindirlər ki, onların iqtisadi gücü olmasa, yeni Suriya qurula bilməz - TƏHLİL

Sərdar Turqut

“Haber türk”ün ABŞ təmsilçisi

Vaşinqtonda regionla bağlı işləyən qurumlarda hakim olan baxış, bu günə qədər ABŞ-ın mövqeyini həmişə “Biz Əsəd və Əsəd rejimi üçün uzunmüddətli bir gələcək düşünmürük” deyərək, açıqlayan Xarici işlər naziri Reks Tillersonun bundan sonra bu cür açıqlamaları çox verməyəcəyi istiqamətindədir.

Anladıldığına görə, Trampla Putinin üzərində prinsipcə anlaşdığı Suriyanın gələcəyi üçün siyasi həll prosesindən sonra Ağ evin, xüsusilə Milli təhlükəsizlik üzrə müşavirMakmasterin baxışı Əsəd haqqında “reallaşması mümkün olmayan açıqlamaların verilməməsi” şəklindədir.

Rusların Əsədi, ABŞ-ın həssas olduğu Şimali Suriyadakı kürd strukturlaşması ilə bağlı razı salıb, federativ quruluş daxilində muxtariyyəti qəbul etməsi qarşılığında, Vaşinqtondan onun iqtidarının uzunmüddətli gələcəyi ilə bağlı açıqlamalarını yumşaltması güzəştini aldığı söylənilir.

Yeni plan hazırlanır

ABŞ Suriyada yaranan duruma adekvat mövqe alıb, lakin Bəşər Əsəd haqqındakı açıqlamalarını indilik yumşaltsa da, başqa uzunmüddətli plan üzərində çalışır. Bu haqda məlumat verən mənbələrin mənə anlatdıqları yeni planbelədir:

1. Rusiya və İran Suriyanın siyasi gələcəyi haqqında təşəbbüs göstərmiş ola bilərlər, ancaq orta və uzun müddətdə regiondakı ən önəmli iş Suriyanın yenidən qurulması olacaqdır.

2. Suriyanın yenidən qurulması nəhəng, çox böyük qaynaqlar tələb edən bir işdir. İran və Rusiyanın bunu öz hesablarına, ABŞ və regiondakı müttəfiqləri olmadan etməsi imkansızdır.

3. ABŞ və Qərb dünyası ilə regiondakı müttəfiqləri, Əsəd rejimi hakimiyyətdə olduğu təqdirdə, Suriyanın yenidən qurulması üçün resurs ayrılmasına qəti razı olmazlar. Yəni, ABŞ və müttəfiqlərinin yenidən qurulma üçün təmin edə biləcəkləri resurs və imkanların verilməsi üçün Əsədin getməsinin şərt olduğu irəlidə görüləcəkdir.

4. Anlayacağınız odur ki, bu anda regionda siyasi təşəbbüsü ruslara vermiş kimi görünən ABŞ, daha sonra iqtisadi gücü ilə təşəbbüsü təkrar ələ almağı düşünür.

İranın əks həmləsi

Dünənki yazımda İranın Tehrandan başlayıb, Suriya içindən keçərək, Aralıq dənizinə qədər yenən yolundan bəhs etmişdim. Yazının mövzusunun tələbilə, o yolun sadəcə hərbi və strateji əhəmiyyətindən bəhs etmişdim. Ancaq regionu bilən mütəxəssislər bu yolun İrandan və İraqdan, əsasən enerji olmaqla, resurs nəql etmək üçün istifadə oluna biləcəyini də söyləyirlər. Anlaşılan odur ki, İran bu yolu aktiv istifadə edərək, gələcəkdə Suriyada aparılacaq inşaat işlərində çox aktiv rol almağı planlaşdırır.

Bu bazarda ABŞ-ın müttəfiqi, gözü olduğu bilinən Səudiyyə Ərəbistanının da İranın bu planından çox narahat olduğu Vaşinqtonda məlumdur.

Vaşinqtondakı mənbələr regionda iqtisadiyyat kartı açılmağa hazırlanarkən, inşaat və infrastruktur investisiyaları məsələsində böyük təcrübəsi və potensialı olan, eyni zamanda strateji mövqeyi səbəbilə işləri ən rahat görə biləcək durumda olan Türkiyənin də gedən prosesləri çox diqqətlə, xüsusən də bu perspektivdən izləməsinin lazım olduğunu söyləyirlər.

Tərcümə Strateq.az-ındır

  • Hamısı
  • Loading...

    QALEREYA