Vaşinqtondan Yerevana sərt cavab: neçə vaxtdır hazırlıq görülən səfər ləğv edildi - “Bolton Paşinyandan soruşub ki...”

Vaşinqtondan Yerevana sərt cavab: neçə vaxtdır hazırlıq görülən səfər ləğv edildi - “Bolton Paşinyandan soruşub ki...”

Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti XİN-dəki mənbəyə istinadən yazır.

Bildirilir ki, Yerevan bu səfərin üzərində çoxdandır işləyirdi və xeyli səy göstərmişdi. Lakin Ermənistanın Suriyaya hərbi missiya göndərməsi bütün işləri korlayıb.

“Mənbə deyir ki, bu məsələdə ABŞ prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun baş nazir Nikol Paşinyanla yanvarın sonlarında baş tutmuş telefon danışığı əsas rol oynayıb. Bolton soruşub ki, Ermənistanın Suriyaya hərbi missiya göndərməsi barədə qərarı qətidirmi? Və buna müsbət cavab alıb”-qəzet yazır.

Bildirilir ki, Ermənistan XİN bütün mümkün yollarla situasiyanı düzəltməyə və ABŞ dövlət katibi Mayk Pompeonun Mnatsakanyana dəvət göndərməsinə çalışır. Lakin bütün səylər boşa çıxır. “İstisna deyil ki, bu səfərin təşkili üçün erməni tərəfi lobbiçilərin xidmətindən istifadə etsin. Yeri gəlmişkən bizim Vaşinqtondakı səfirimizin də vəziyyəti yaxşı deyil”-mənbə qeyd edib.

Xatırladaq ki, bu günlərdə erməni mənbələri baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ danışıqları üçün ABŞ-da görüşə biləcəklərini iddia etmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA