Vatikan polisi keşişi həbs etdi - Səbəb uşaq pornoqrafiyası

  • 2018-04-16 11:46:25
  • |
  • Dünya /

Vatikan polisi keşişi həbs etdi - Səbəb uşaq pornoqrafiyası

Vatikan polisi keşiş Karlo Alberto Kapellanı həbs edib.

Hurriyyet.org xəbər verir ki, keşişin həbsinə səbəb uşaq pornoqrafiyasını əks etdirən materiallar saxlaması olub.

Bildirilir ki, daha öncə keşiş Müqəddəs Taxt-tacın ABŞ-dakı səfirliyində işləyib.

Vatikan onu 2017-ci ilin payızında geri çağırıb. Həmin vaxt ABŞ ölkə ərazisində keşişi məsuliyyətə cəlb etmək məqsədilə Vatikandan onun üzərindən diplomatik immunitetin götürülməsini istəmişdi./ Trend/

Loading...

QALEREYA