“Vəhşi” “Neftçi”dən ayrıldı

“Vəhşi” “Neftçi”dən ayrıldı

Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib.

Hurriyyet.org xəbər verir ki, anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin “Əl Uruba” klubunun formasını geyinəcək.

“Əl Uruba” hazırda BƏƏ çempionatının I divizionunda dördüncü sıradadır.

Qeyd edək ki, 1.90 sm boylu, Azərbaycanda “vəhşi” ləqəbi ilə tanınan Kvame Karikari bu mövsüm “Neftçi”nin heyətində on oyunda meydana çıxıb və iki qol vurub./oxu.az/