Venesuela Maduronu tanımayan Amerika diplomatlarının ÖLKƏDƏN ÇIXMASINDA İSRARLIDIR

Venesuela Maduronu tanımayan Amerika diplomatlarının ÖLKƏDƏN ÇIXMASINDA İSRARLIDIR

Hurriyyet.org xəbər verir ki, Venesuelada Amerika diplomatları işıqsız və qazsız qala bilərlər.

Venesuelanın Milli Müəssislər Məclisinin sədri Diosdado Kabelyo bildirib ki, Karakasdakı ABŞ səfirliyinin əməkdaşları ölkəni tərk eləməkdən imtina eləsələr, işıqsız və qazsız qala bilərlər.

Vaşinqton çevrdilişçi parlament spikeri uan Quaydonu legitim prezident kimi tanıdığı üçün, prezident Maduro ABŞ ilə diplomatik münasibətləri dayandırıb və amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk eləmələrini tələb edib.

Kabelyo isə məsələ ilə bağlı açıqlamasında belə deyib: “Onlar deyirlər ki, getməyəcəklər, çünki, Nikolası tanımırlar. Bəs birdən onların qaldıqları yerdə işıq və qaz olmasa? Axı bizim ölkəmizdə problemlər çoxdur...”

Onun sözlərinə görə, “diplomatik münasibətlər yoxdursa, imtiyazlar da olmayacaq”.

Bundan əvvəl Amerikanın dövlət katibi Mayk Pompeo bildirmişdi ki, diplomatların təhlükəsizliklərini təmin edəcək hər kəsin məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA