ABŞ VENESUELADAKI DÖVLƏT ÇEVRİLİŞİNİ RƏSMƏN DƏSTƏKLƏDİ - Tramp müxalifət liderini müvəqqəti prezident kimi tanıdı!

  • 2019-01-24 10:04:19
  • |
  • Dünya /

ABŞ VENESUELADAKI DÖVLƏT ÇEVRİLİŞİNİ RƏSMƏN DƏSTƏKLƏDİ - Tramp müxalifət liderini müvəqqəti prezident kimi tanıdı!

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Venesuela müxalifətinin lideri Xuan Quaydonu keçid dövrü üçün prezident kimi tanıyır.

Hurriyyet.org Azadlıq Radiosuna istinadla xəbər verir ki, yanvarın 23-də ölkə boyunca on minlərlə insan yürüş keçirirərək, sosialist prezident Nikolas Maduronun istefasını tələb edib.

Bu yürüşlərə çağırış etmiş Quaydo paytaxt Karakas şəhərində minlərlə tərəfdarının qarşısında çıxış edərək, prezident səlahiyyətlərini üzərinə götürdüyünü bəyan edib.

Müxalifərin başçılıq etdiyi Milli Assambleyanın sədri Quaydo ordunu hökumətə itaətsizlik göstərməyə çağırıb.

Karakasdakı nümayişlərdə çəkilmiş fotolarda etirazçıların Milli Qvardiyanın əsgərləri ilə qarşı-qarşıya durduğu görünür. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu xəbər verilib.

Bəzi xəbərlərə görə, ötən gün keçirilmiş yürüş zamanı dörd nəfər həlak olub.

Bu arada Maduronu dəstəkləyən antinümayişlər də keçirilir. Müxalifət Maduronun ötən il keçirilən prezident seçkisində ikinci müddətə saxtakarlıqla seçildiyini bildirir.

Maduro iki həftə bundan əvvəl ikinci müddətə prezident kimi andiçmə mərasimindən keçmiş, amma beynəlxalq tənqidlərlə üzləşmişdi.

Tramp öz bəyantında Maduronu “qanunsuz” adlandırıb və deyib ki, o, “Venesuelada demokratiyanın bərpası üçün Birləşmiş Ştatların iqtisadi və diplomatik gücünün tam çəkisindən istifadə edəcək”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA