Venesuela ordusu seçimini etdi - “Ölkənin hərbçiləri olaraq..."

  • 2019-01-24 12:11:38
  • |
  • Dünya /

Venesuela ordusu seçimini etdi - “Ölkənin hərbçiləri olaraq..."

Hurriyyet.org xəbər verir ki, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes “Tvitter” hesabından açıqlama verərək, ölkənin Silahlı Qüvvələrinin özünü müvəqqəti dövlət başçısı elən edən Milli Məclis sədri Xuan Quaydonun liderliyini qəbul eləməyəcəyini söyləyib: “Ölkənin hərbçiləri olaraq nə müvəqqəti dövlət başçılığını, nə də qaranlıq mənfəətlərin kölgəsinə yerləşdirilmiş bir dövlət başçısını qəbul etmirik. Venesuela Silahlı Qüvvələri Konstitusiyanı qoruyur və milli suverenliyin təminatçısıdır”.

Venesuelanın paytaxt Karakasda hökumətə qarşı nümayişlərdə parlamentin sədri Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan eləmiş və prezident andı içmişdi. ABŞ hökuməti də dərhal Venesuelanın qondarma prezidentini tanıdığını bəyan eləmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA