Venesuela yeni Suriyaya çevrilir? - Rusiyanın “Vaqner” muzdluları Maduronu qorumağa yollandı

Venesuela yeni Suriyaya çevrilir? - Rusiyanın “Vaqner” muzdluları Maduronu qorumağa yollandı

Hurriyyet org xəbər verir ki, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov öz “Feysbuk” səhifəsində Venesueladakı son hadisələrdən yazıb: “Maduronun qorunması üçün Havana yolu ilə Venesuelaya 400 nəfər “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü gəlib. “Röyters” belə bir məlumat verib. Venesuela bir tərəfdən ABŞ ilə müttəfiqlər, digər tərəfdən isə ABŞ ilə Rusiya və Çin (bu ölkəyə 50 milyard dollar sərmayə qoyub) arasında mübarizə meydanına çevrilir. Belə bir ehtimal var ki, Rusiya ilə Çin Maduronun hakimiyyətini, Venesuelanın suverenliyini, Venesuelanın neftini öz investisiyalarını bunların hamısını ələ keçirmək cəhdində olan ABŞ-dan müdafiə elən hərbi və iqtisadi müşavirlər korpusunu yaradacaqlar. ABŞ əmindir ki, bütün Amerikaya komandanlıq eləmək onlara ilahidən vergi verilib. Rusiya ilə Çin fikirləşirlər ki, ABŞ-ın dünyaya komandanlıq eləmək dövrü keçib. Ola bilsin ki, Venesuela – Amerika koalisiyasının Çin-Rusiya koalisiyasına qarşı mübarizə aparacağı yeni dünyanın yaradılması nöqtəsi olacaq. Bu mübarizə artıq təkcə Suriya və Ukraynada yox, həm də Amerikada aparılır”.

Hurriyyet org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA