Venesuelada iki gündür elektrik yoxdur - Maduro hakimiyyəti qəzanı sabotaj adlandırır

  • 2019-03-11 10:05:23
  • |
  • Dünya /

Venesuelada iki gündür elektrik yoxdur - Maduro hakimiyyəti qəzanı sabotaj adlandırır

Venesuelada elektrik enerjisinin verilməsində kütləvi problem hələ də davam edir. Buna səbəb martin 7-də əsas ölkənin elektrik stansiyasında baş verən ciddi qəza olub. Bir sutkadan sonra, yalnız paytaxt Karakasın bir sıra rayonlarına işıq verilə bilib.

Ümumilikdə isə ölkədə mobil rabitə və internet əlaqəsində ciddi problemlər yaranıb, bir sıra iri şəhərlər hələ də işıqsız qalıb.

Elektrik enerjisinin kəsilməsi demək olar ki, 30 milyonluq Venesuelanın bütün bölgələrinə təsir edib. Bu barədə “Associated Press” agentliyi xəbər verib. Dövlət energetika şirkəti bunu “sabotaj” adlandırıb.

İnformasiya naziri Xorse Rodriqes bəyan edib ki, hansısa hakerlər elektrik stansiyasının kompüter şəbəkəsinə kiberhüm ediblər. Amma ABŞ Dövlət katibi Mayk Pompeo martin 8-də bəyan edib ki, buna görə yalnız Maduro rejimi cavabdehlik daşıyır. Dövlət katibi qeyd edib ki, onun siyasəti, qaranlıqdan başqa heç nə gətirmir.

Qeyd edək ki, son illər Venesuelada iqtisadi və siyasi böhran yaşanır.

Müxalifət lideri və parlamentin sədri Xuan Quaydo yanvarda özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında prezidentliyini qorumağa çalışan Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. /azadliq.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA