Venesuelanın dövlət neft şirkətinin rəhbəri Bakıya gəlir

Venesuelanın dövlət neft şirkətinin rəhbəri Bakıya gəlir

Venesuelanın neft naziri və dövlət neft şirkəti PDVSA-nın rəhbəri Manuel Kevedo Bakıya gələcək. Bu barədə məlumatı Venesuelanın Bakıdakı səfirliyi ayıb. Məlumata əsasən M.Kevedo OPEC+ formatında nazirlər səviyyəsində Bakıda matın 18-də keçiriləcək toplantıda iştirak edəcək.

Xatırladaq ki, Venesuela və PDVSA hazırda ABŞ-ın sərt sanksiyalarının təsiri altındadır. Bu sanksiyaların nəticəsi olaraq PDVSA hasil etdiyi nefti praktiki olaraq sata bilmir. ABŞ-a satdığı neftin pulu isə müxalifət lideri Xuan Quaydonun hesabına oturur. PDVSA rəhbəri son günlər Asiya və Yaxın Şərq ölkələrində danışqlar apararaq sanksiyaların təsirini yumşaltmaq üçün çalışsa da cəhdlər nəticə verməyib./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA