VERDİKLƏRİM

VERDİKLƏRİM

Bu gün elə bil ki, tanımır məni,
Dünən adam bilib, əl verdiklərim.
Üzünüzdən iraq, danır dünəni;
Yalın ayağına "nal" verdiklərim .

Kiminə qul oldum, kiminə ata,
Dar gündə əl atdım, qoymadım bata...
İnanmırdım məni qəpiyə sata,
Yolunda yüzlərlə pul verdiklərim.

Qanana çəkəsən, zəhmət çəkəndə,
Qanmazda getməyə bircə tikən də !..
Görəsən, yolumda tikan əkəndə,
Xəcalət çəkirmi gül verdiklərim?!.

Kimdən dostluq umdum, qəhər gətirdi;
Dedim: - çiynimdə gəz, yəhər gətirdi...
Əlində qarşıma zəhər gətirdi,
Əlimlə həmişə bal verdiklərim.

Elnur, uzatmayaq çox da söhbəti,
Bir yönnü dostunu görmədim qəti !..
Özünə hürmədi heç kəsin iti,
Mənə mırıldadı, yal verdiklərim.

Hurriyyet.org

Loading...

QALEREYA