Vergi rekordçusu olan sənətçilərin adları açıqlanıb - SİYAHI

Vergi rekordçusu olan sənətçilərin adları açıqlanıb - SİYAHI

Türkiyənin gəlir vergisi rekordçularının adı açıqlanıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, siyahıda ilk yeri iyun ayında vəfat edən iş adamı Şarık Tara tutub.

O, 2017-ci ildə 53 milyon 583 min 488 TL vergi ödəyib.

İkincinin adı açıqlanmasa da, Rahmi Koç 45 milyon 164 lirə ilə üçüncü olub.

Siyahıda sənət adamlarının olması da diqqət çəkib.

“Avşar Film”in sahibi Şükrü Avşar 21 milyon 835 min lirə ilə 9-cu olub.

Prodüser Acun Ilıcalı 42-ci sırada yer alıb, o, 7 milyon 977 min 843 lirə ödəniş edib.

Rekordçular arasında Kıvanç Tatlıtuğun olması da diqqət çəkib. Aktyor 4 milyon 816 min 64 lirə ödəyərək, 93-cü sırada yerini alıb.

Loading...

QALEREYA