Vergilər Nazirliyinin səlahiyyəti ARTIRILDI

Vergilər Nazirliyinin səlahiyyəti ARTIRILDI

Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalı və idxalı ilə əlaqədar aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Vergilər Nazirliyinə həvalə edilib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” fərmanda etdiyi dəyişiklikdə əksini tapıb.

Qeyd edək Ki, Azərbaycan Respublikasında aşağı keyfiyyətli alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalının və onların ölkəyə idxalının qarşısını almaq məqsədi ilə belə məhsulların istehsalı və idxalı yalnız aksiz markalarının tətbiqi əsasında həyata keçirilir. Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması sahəsində səlahyiyət Maliyyə Nazirliyinə məxsus olub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmana əsasən Maliyyə Nazirliyinin bu sahədə səlahiyyəti Vergilər Nazirliyinə həvalə edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA