Vergilər Nazirliyinin strukturu təsdiq edildi

Vergilər Nazirliyinin strukturu təsdiq edildi

Prezident İlham Əliyev Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Hurriyyet.org xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” aşağıdakı kimi təsdiqlənib:

1. Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

2. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Milli Gəlirlər Baş İdarəsi;

2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).