“Verilişi bağlamayıblar, sadəcə…” - Rəşad İlyasov

“Verilişi bağlamayıblar, sadəcə…” - Rəşad İlyasov

“Verilişi bağlamayıblar, sadəcə, mən bir müddət aparıcılıq etməyəcəyəm”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri AzTV və Mədəniyyət kanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramının bağlanması ilə bağlı ONA-ya danışan əməkdar artist Rəşad İlyasov deyib.

O bildirib ki, “Yaradanlar və yaşadanlar” verilişinin bağlanması xəbəri yalandır: “Son vaxtlar baş verən hadisələr mənə toxundu, səhhətim də yaxşı deyil. Buna görə də həm mən, həm də rəhbərlik belə qərara gəldik ki, bir müddət verilişi aparmayım. Vaxtını dəqiq bilmirəm, amma bir müddət aparıcılıq etməyəcəyəm”.
Rəşad İlyasov məhkəməyə verilməsinə də aydınlıq gətirib: “Mən məhkəməyə verilməmişəm. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Space” kanalı cərimələnib. Əgər kanal o cəriməni ödəməsə, məhkəməyə veriləcək. Bu qərar ifaçılara aid deyil”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib. Məhkəmənin baxış iclası Yasamal Rayon Məhkəməsində aprelin 24-nə təyin edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA